"Azərbaycanda ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur"

"Azərbaycanda ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur"
15:52 4 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F.Ələsgərov Azərbaycanın hər bir gəncinə müraciət edib ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar: "Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək, dövlətimizi qoruyacaqlar".

Nardaran hadisələrə toxunan şöbə müdiri F.Ələsgərov qeyd edib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: "Gənclərimiz də təbliğat işlərində aktiv olmalıdırlar. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur".

O əlavə edib ki, Azərbaycan parlamenti bu normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edib: "Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gəncləri düz yola dəvət edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR