Bakıda qadın idman gimnastikası üzrə akrobatların çoxnövçülükdə çıxışı başlayıb (FOTO)

Bakıda qadın idman gimnastikası üzrə akrobatların çoxnövçülükdə çıxışı başlayıb  (FOTO)
15:53 4 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi çərçivəsində "balacalar” (2003-2005), “uşaqlar” (2006-2007), “kiçiklər” (2008-2009), həmçinin "yeni başlayanlar” (2008-2010) yaş kateqoriyasında qadın idman gimnastikası üzrə akrobatların çoxnövçülükdə mübarizəsi başlayıb.

Trend-in məlumatına görə, qadın idman gimnastikası üzrə məşqçi heyətinə daxil olanlar: idmanın bu növü üzrə Azərbaycan millisinin baş məşqçisi Nina Pravdina, məşqçilər Səbinə Xairova və Lalə Bəşirova, akrobatika üzrə baş məşqçi İradə Qurbanova və kişi idman gimnastikası üzrə baş məşqçi Pavlo Netrebadır.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" və "Ocaq" idman klublarını təmsil edən akrobatlar iştirak edəcəklər.

Sadalanan cəmiyyətlərin azarkeşlərinə, təkcə Respublika Olimpiya İdman Liseyinin deyil, həm də Sumqayıt və Balakən nümayəndələri də qoşulacaqlar. Belə ki, bu cəmiyyətlər və regionlardan olan oğlanlar dekabrın 5-də çıxış etməyə başlayacaqlar. Gənclər (1998-2000), yeniyetmələr (2001-2002), balacalar (2003-2004), uşaqlar (2005-2006) və kiçiklər (2007-2008) də çoxnövçülük üzrə mükafatlandırılacaqlar.

Kişi və qadınlar arasında idman gimnastikası üzrə yarışlarda ümumilikdə 62 idmançı iştirak edəcək.

Yarışlar dekabrın 5-də başa çatacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2465144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR