Gənclər metroda milli musiqi ifa etdilər - video

Gənclər metroda milli musiqi ifa etdilər - video
15:56 4 Dekabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçirib.

Axşam.az-ın məlumatına görə, layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini əbədiləşdirmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub. Metronun qatarlarından birində qəflətən 20 nəfərə qədər musiqiçi Üzeyir Hacıbəyovun bəstələdiyi "Arazbarı" əsərini maraqlı tərzdə ifa edib.

Keçirilmiş fleşmobun nəzərə çarpan əsas xüsusiyyəti isə klassik kompozisiyada istifadə olunan alətlərin əvəzinə milli alətlərdən istifadə olunmasıdır. Beləki, layihədə saz, tar, kamança, ud və digər milli alətlər nəzərə çarpır.

Layihə metro istifadəçiləri və cəmiyyət tərəfindən təəccüb və maraqla qarşılanıb.

Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlmişdir. Şərqdə ilk operanın və hazırda Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR