Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tufan “Neft daşları”nda faciəyə yol açdı

Tufan “Neft daşları”nda faciəyə yol açdı

Date: 4 December 2015 16:01

Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.

Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Tags:  Tufan Neft daşlarında faciəyə yol açdı


RƏYLƏR


Top news