"Azercell" müharibə veteranları üçün kampaniyanın müddətini uzatdı

"Azercell" müharibə veteranları üçün kampaniyanın müddətini uzatdı
16:03 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Azercell Telekom" MMC-nin bu ilin aprel ayında müharibə veteranları statusuna malik olan şəxslər üçün təqdim etdiyi kampaniyanın müddəti 30 noyabr 2016-cı il tarixinədək uzadılır.

Kampaniyaya çərçivəsində müharibə veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar.

"Azercell" tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

"Azercell Telekom" 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə edib.

Daha ətraflı məlumat üçün: news@mcs.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2465285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR