Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məktəblilər arasında velosiped idmanı üzrə rayon birinciliklərinə yekun vurulub

Məktəblilər arasında velosiped idmanı üzrə rayon birinciliklərinə yekun vurulub

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar veloyürüş keçirilib – (09 Mart 2017 21:39)
Sahib Ələkbərova Avropa Velosipedçilər Birliyində yüksək vəzifə verildi (06 Mart 2017 10:47)
Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub (28 Fevral 2017 20:17)

Tarix: 4 Dekabr 2015 16:18


Bakı, 4 dekabr, AZƏRTAC
Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxt rayonlarının orta məktəbləri arasında təşkil edilən birinciliklərə yekun vurulub. Sabunçu və Nərimanov rayonlarındakı yarışlardan sonra final mərhələsinə vəsiqə qazanan son 6 komandanın da adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, Sabunçu rayonu üzrə yarışda birinci yerə 148 nömrəli orta məktəbin komandası sahib olub. Birincilikdə 67 və 155 nömrəli məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Nərimanov rayonu məktəblərinin mübarizəsinə gəlincə, 82 nömrəli orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. İkinci yerə 45, üçüncü yerə isə 200 nömrəli orta məktəbin komandası layiq görülüb.
Beləliklə, adları çəkilən məktəblərin komandaları final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı çempionatında iştirak hüququ əldə ediblər.
 










Teqlər:  Məktəblilər arasında velosiped idmanı üzrə rayon birinciliklərinə yekun vurulub



RƏYLƏR


Top xəbərlər