“Consumer Remorts” jurnalı noutbukların monitorinqini keçirib

“Consumer Remorts” jurnalı noutbukların monitorinqini keçirib
16:23 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Məhsul və xidmətlərin müstəqil yoxlanılması üzrə ixtisaslaşmış ABŞ-ın “Consumer Remorts” jurnalının tədqiqatına əsasən, “Apple” korporasiyasının “MacBook” noutbukları ən etibarlı qurğular adlandırılıb.
AZƏRTAC “macrumors.com” saytına istinadən xəbər verir ki, 2010-2015-ci illərdə noutbuk satın almış 58 min nəfər jurnalın əməkdaşları tərəfindən keçirilmiş sorğuda iştirak edib. “Acer”, “Lenovo”, “Samsung” və başqa informasiya texnologiyaları şirkətlərinin noutbuklarını satın almış respondentlərin 20 faizi bildiriblər ki, onların qurğuları ilk 3 ildə sıradan çıxıb. Müvafiq dövrdə “MacBook” istifadəçilərinin 7-9 faizində bu problem yaranıb.
Tədqiqatlara əsasən, “Apple” şirkətinin noutbuklarını etibarlı adlandırmaq olar: ilk üç ildə bu şirkətin noutbuklarından istifadə edən insanlar yalnız 10 faiz halda problemlə üzləşib. “Samsung” və “Gateway” şirkətlərinin noutbukları 16 faiz halda sıradan çıxır. “Acer”, “Lenovo”, “Toshiba”, “HP”, “Dell” və “Asus” şirkətlərində isə bu göstərici 18-19 faizdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Consumer_Remorts_jurnali_noutbuklarin_monitorinqini_kechirib-908303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR