Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aygünlə Natavanı barışdıracam" - İlhamə Quliyeva

"Aygünlə Natavanı barışdıracam" -  İlhamə Quliyeva

Date: 4 December 2015 16:26

Hazırda səhhətindəki bəzi problemlərlə əlaqədar xəstəxanada müalicə alan xalq artisti İlhamə Quliyeva müsahibə verib.

Axşam.az "qafqazinfo"ya istinadən həmin müsahibəni təqdim edir:

“Səhhətim şükür Allaha yaxşıdır. Xəstəxanadan şənbə günü çıxmaq qərarına gəlmişdik. Ancaq həkimlər bir neçə prosedurun olduğunu bildirdi. Burada mənə xüsusi diqqət olunur. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri Leyla Seyidbəyovaya öz təşəkkürümü bildirirəm. Xüsusilə, Rəşad həkimə öz minnnətdarlığımı çatdırıram. Hər kəsin öz problemi var. Bu problemlər stress və psixoloji pozuntulara gətirib çıxarır. Rəşad həkim mənə enerji verir, onun sahəsində özümü toparladım. Özümü xəstəxanada yox, sanatoriyada hiss edirəm. Bura daimi məkanıma çevirilib”.

“Qulluqçumun başında bir xanım durur”

İlhamə Quliyeva qulluqçusunun başına açdığı oyunlardan sonra səhhətində ciddi problemlərin yaşandığını qeyd edib:

“Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlar əsəb sistemimi yerindən oynadıb. Mənə verdiyi dərmanların fəsadlarını yaşayıram. Böyrəyimdə ciddi problemlərlə üzləşdim, zəhərlənmə gedirdi. O, yeməklərimə, bişirdiyi mürəbbələrə dərmanlar qatırdı. Hər şeyi zamana buraxmışam, öz həlli tapılacaq. Kimdir o? Onun başında bir xanım durur. Həmin şəxsin kimliyi mənə məlumdu. Zamanla hər şey öz yerini tapacaq. Bilirəm ki, həmin xanım çox peşmandır”.

Xalq artisti bildirir ki, övladı Orxanın dostu Vüqar onun ikinci oğludur və bütün hadisələrin üstünü o açıb. Kompüterdə yazışmalar, səs yazısı onun əlində var.

“Ölkə başçısı mənim səhhətimlə yaxından maraqlanır”

İlhamə Quliyeva ona olan diqqətdən razı qaldığını da söyləyib:

“Ölkə başçısı, siyasi xadimlər və şou-biznes nümayəndələri mənim səhhətimlə yaxından maraqlanırlar. İncəsənət aləmi yanıma axın edir. Mən kimi ürəkdən arzu edirəmsə, onların hamısı yanımda oldu. Hətta tanımadıqlarım, tədbirlərdə, ancaq salam verdiklərim yanıma gəldi. Elə insanlarda oldu ki, gələndə aşağıdan mühafizəçilər olan otaqla əlaqə qurub yanıma buraxdırmadım, məni ziyarət etmələrinə icazə vermədim. Bunun səbəbi isə həmin adamların keçmiş qulluqçumla əlaqədə olmasıdır”.

“Aygünə dedim Natavanla barış, dedi ki, istəsən ərə də gedərəm...”

İlhamə xanım şou-biznes aləmində yeni bir barışığa vəsilə olduğunu da dedi:

“Hamı gəldi, ən son dünən Tolik, Natavan və Sevda Yəhyayeva yanımda olub. Bir azdan Ruhi ilə Tolik yanıma gələcək. Natavan burada olanda Aygün də mənə zəng vurub üzrxahlıq etdi. Dedi ki, itim xəstələndi,Türkiyə və Rusiyada oldum, başım çox qarışıq oldu. İcazə versəniz yanınıza gec də olsa gələrdim. Mən də icazə verdim. Dedim ki, Aygün, mən səni yaxşı tanıyıram. Aygünü çox istəyirəm, elə Natavanı da... Onlar mənim qızlarımdı. Aygünlə Natavanı barışdıracam. Hər ikisininin rəyini almışam. Natavan mənim sözümdən çıxmaz. Bu məsələni Aygünə danışdım, dedim barışmaq lazımdı. Aygün də razılaşdı, dedi baş üstdə... İstəsəz ərə də gedərəm (gülür). Həyatda çox şey görmüşəm. Həyatları qarşıdadı, qoy hamı mehriban, bir-birilərinin yanında olsunlar. Kiçik bir məclisdə onları bir araya gətirəcəm”.

Aygün- Natavan barışığından həvəslə danışan xalq artisti Nazpəri Dostəliyeva ilə hər hansı bir barışıq ehtimalının olub-olmadığı ilə bağlı sualı cavabsız qoyub.

Son olaraq xalq artisti yaradıcılığından danışıb:

“Mənim oxuduqlarım mahnı deyil, əsərdir. Hamısı mənə doğmadır, şah əsərlərdir. Bütün mahnılarım dinlənilir, sevilir. Yeni mahnılarımı da sevənlərimin ixtiyarına verəcəyəm”.


Tags:  Aygünlə Natavanı barışdıracam İlhamə Quliyeva

RƏYLƏR


Top news