Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şər qarışanda" filminin çəkilişləri başa çatıb

"Şər qarışanda" filminin çəkilişləri başa çatıb

Date: 4 December 2015 16:27

Bakı. 4 dekabr. REPORT.AZ/ "Şər qarışanda" adlı yeni tammetrajlı filmin çəkilişləri başa çatıb. 
Filmin rejissoru Samir Kərimoğlu "Report"a açıqlamasında deyib ki, hazırda filmin montaj işləri gedir və ekran əsərinin treyleri hazırdır:
Onun sözlərinə görə, film triller janrında çəkilib: "Baş rolda xalq artisti Ramiz Novruz çəkilib və onu ilk dəfə manyak obrazında görəcəksiz. Filmində xalq artisti Ramiz Novruzla yanaşı aktyorlar Gövdət Şükürov, Ülvi Həsənov, Murad İsmayıl, Oksana Rəsulova və başqaları rol alıb. Çəkilişlər soyuq aylara təsafüf etdi. Əsas çəkilşləri Nabran və Şabranda aparmışıq". 
Rejissor bildirib ki, dekabrın 13-də yeni ekran əsəri ilə bağlı mətbuat konfransı keçirəcəklər. S.Kərimoğlu deyib ki, filmin təqdimat mərasimini 2016-cı ilin martında keçirməyi planlaşdırırlar. 
Xatırladaq ki, Samir Kərimoğlu indiyədək "Sırat Körpüsü", “Bu meydan, bu ekran”, "Qanadlarıma sığal çək", “Niyyət”, "Onun ürəyi" "Mən evə qayıdıram" adlı filmlərini, "Baku, I love you" almanaxında yer alan “Alla prima” epizodlarını ekralnaşdırıb. 



Tags:  Şər qarışanda filminin çəkilişləri başa çatıb

RƏYLƏR


Top news