Azərbaycanlı qadını döyən rus polisin işində şok

Azərbaycanlı qadını döyən rus polisin işində şok
16:31 4 Dekabr 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya polisi azərbaycanlı qadını döyən polis əməkdaşını həbs etmək istəmir.

ANS PRESS-in məlumatına görə, Sankt-Peterburq polisi böyük leytenant Roman Tolpeyev barəsində cinayət işi qaldırmaqdan imtina edib. Əslən azərbaycanlı olan İradə Rəcəbəliyeva onu söyərək döyən Roman Talpeyeva qarşı iddia qaldırsa da, bölmədə yazılan qətnamədə 47 yaşlı azərbaycanlının şəxsi ehtiyatsızlıq ucbatından zədə aldığı yazılır. "Qadının başını bir neçə dəfə avtomobilə dəyərək, çoxsaylı zədə alıb".

İradə Rəcəbəliyeva isə bunun tamamilə yanlış olduğunu deyib. Onun sözlərinə əsasən, hadisə bu ilin yay ayında baş verib. Roman Talpeyev adlı polis qadının işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən İradəni sonradan polis döyməyə, saçından tutaraq sürüməyə başlayıb. Hadisənin baş verdiyi ərazinin yaxınlığında yerləşən kafelərində birində İradənin uşaqları bunu görərək, analarının yanına qaçıblar. Lakin xanım uşaqlarının ona yaxın buraxılmadıqlarını deyib:

"Məni söyə-söyə bir polis döyməyə başladı. Digər polis isə uşaqlarımı saxlayaraq, mənə yaxın buraxmırdı. Mən nə baş verdiyini anlamırdım. Daha sonra məni əli qandallı növbətçi hissəyə apardılar", - deyə İradə bildirib.


Roman Talpeyev - baş leytenant


Polis bölməsində də bir müddət sorğu-sual edilən qadın Roman tərəfindən yenə nalayiq sözlərlə söyülüb. Daha sonra İradəni şöbənin dəhlizinə çıxarıblar. Burada özünü pis hiss edən qadın təcili yardım çağırılmasını xahiş edib.


Polis şöbəsinə gələn təcili yardım əvvəlcə onu Oftalmologiya mərkəzinə, daha sonra isə Marinskiy xəstəxanasına aparıb. Ona sağ gözünün və döş qəfəsinin ağır zədələnməsi diaqnozu qoyulub.

Məlum olub ki, baş leytenant Roman Talpeyev İradəni miqrant olduğuna görə təhqir edib və ölkəsində belə insanların bizneslə məşğul olmağını istəmədiyini deyib. O, hətta, sosial şəbəkələrdə digər polisləri də qeyri-leqal miqrasiya ilə mübarizə aparmağa çağırıb.

Baş leytenant Roman Talpeyevin sosial şəbəkələrdə paylaşdığı foto


Araşdırmalar zamanı polis əməkdaşının bundan əvvəl də miqrantlarla kobud davrandığı üzə çıxıb. Belə ki, o, başqa ölkədən olan gənci diz üstə çökdürüb və bunu çəkərək, internetdə paylaşıb.


Roman Talpeyevin gənci diz çökdürməsi


Ailənin vəkili Sergey Yeqorov deyir ki, nədənsə, Rusiya tərəfi bu barədə heç nə demir: "Nə vaxt , müstəntiqə zəng edirəm, görüş təyin edirəm, o, gah xəstələnir, gah da, vaxtı olmur görüşməyə".

Hələ ki, müstəntiqlər işi dayandırıblar. Lakin vəkil Sergey Yeqorov bu işi belə qoymayacağını və polisin layiqli cəza alanadək mübarizə aparacağını vurğulayıb.

Əslən Azərbaycandan olan 47 yaşlı İradə Rədcəbəliyeva iki uşaq anasıdır. O, 18 yaşında Kareliya Respublikasına köçüb. Burada Tibb Texnikomunu bitirdikdən sonra, 12 il tibb bacısı kimi fəaliyyət göstərib. Daha sonra isə 2000-ci ildən ailəsi ilə birgə Sankt-Peterburqa köçüb və burada bizneslə məşğul olmağa başlayıb. Onun ərzaq dükanı və "Sosnovka" adlı kafesi var.


Karelia Respublikası və Sankt-Peterburq


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR