Britaniya terrorçuların növbəti hədəfi ola bilər

Britaniya terrorçuların növbəti hədəfi ola bilər
16:33 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Britaniya Hərbi Hava Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələrə cavab olaraq Birləşmiş Krallıq terrorçuların növbəti hədəfinə çevrilə bilər. Bu, KİV-lərin proqnozudur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, kəşfiyyat məlumatlarına əsasən, hazırda İŞİD qruplaşmasının sıralarında 700-dən çox britaniyalı döyüşür. Onlar istənilən an vətənlərinə qayıdaraq Paris hadisəsinə bənzər hücum aktları həyata keçirə bilərlər. Londonun polis idarəsindən bildiriblər ki, Britaniyanın Suriyadakı əməliyyatlarını dəstəkləyən parlament üzvlərinin ünvanına artıq bu barədə hədələr daxil olub.
Xatırladaq ki, dekabrın 2-də Kiprdəki hərbi bazadan havaya qalxan Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” təyyarələri Suriyada İŞİD qruplaşmasına qarşı əməliyyatlara qoşulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniya_terrorchularin_novbeti_hedefi_ola_biler-908310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR