​Rusiya "Formula-1"in Soçi mərhələsi üçün bilet qiymətini açıqlayıb

​Rusiya "Formula-1"in Soçi mərhələsi üçün bilet qiymətini açıqlayıb
16:37 4 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ "Formula-1" üzrə dünya çempionatının gələn il Rusiyada keçiriləcək mərhələsi üçün biletlərin qiyməti açıqlanıb. "Report"un məlumatına görə, yarışı izləyənlər azı 8300 rubldan (təxminən 130 manat) keçməlidir. 
Bu qiymət müvəqqəti tribunalar üçün qüvvədədir. Əsas tribunalardan yarışı izləmək üçün isə 18 800 rubl (təxminən 290 manat) ödəmək lazımdır.
Yarışın Rusiya mərhələsi 29 aprel - 1 may 2016-cı ildə Soçidə keçiriləcək.
Qeyd edək ki, "Formula-1" üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi isə 17 - 19 iyunda Bakı küçələrində olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/rusiya-formula-1-yarisi-ucun-bilet-qiymetini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR