Bakıda “Nissan” və “Chevrolet” toqquşdu

Bakıda “Nissan” və “Chevrolet” toqquşdu
07:44 30 Dekabr 2014
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən axşam paytaxtın Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, avtoqəza Neftçilər prospektində qeydə alınıb. Adıçəkilən prospektlə üzü Azneft dairəsi istiqamətində hərəkətdə olan Samir Usubov "Nissan" markalı avtomobilin  idarəetməsini itirməsi səbəbindən, eyni istiqamətdə hərəkət edən Bayram Dadaşova məxsus "Chevrolet"lə toqquşub.

 

Zərbənin təsiri nəticəsində avtomobil səkini keçərək piyada yoluna çıxıb. Hadisə zamanı sürücülər xəsarət almayıb. Buna baxmayaraq əraziyə təcili tibbi yardım gələrək sürücüləri müayinə edib. Qəzaya səbəb kimi isə, ara məsafəsinin saxlanılmaması göstərilir. Faktla bağlı araşdırma aparılır.

 

Fərahim Qasımov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR