FIA-nın Baş Assambleyasında 2016-cı il "Formula 1"-in təqvimi təsdiqlənib

16:43 4 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə keçirilən Baş Assambleyasının illik iclasında avtomobil idmanı sahəsində bir sıra mühüm qərarlar qəbul edilib.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, həmçinin 2016-cı il "Formula 1" yarışlarının təqvimi və gələn il Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisinin yekun tarixi təsdiq olunub.

Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakıdakı "Formula 1" yarışları ilə bağlı bir sıra ikitərəfli görüşlər keçirilib.

Xatırladaq ki, 30 noyabr - 4 dekabr tarixlərində Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assamleyasının illik iclası keçirilir. İslasda Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti iştirak edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2465314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR