Milli Məclisin sədr müavini: "Təhsil ekspertlərinin tənqidedici fikirləri məni çox təəccübləndirdi"

Milli Məclisin sədr müavini: "Təhsil ekspertlərinin tənqidedici fikirləri məni çox təəccübləndirdi"
16:47 4 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ "Bəzi valideynlər uşaqlarının təhsil almasına qarşı çıxır. Hətta uşaqlarına dini baxışları təlqin etməyə üstünlük verən valideynlər də var. Biz də bu səbəbləri aradan qaldırmaq üçün müəyyən mexanizmlər düşünməliyik. Ona görə də cərimələrin tətbiq olunması yaxşı addımdır". "Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dərs buraxan şagirdlərin valideynlərinin 100 manat miqdarında cərimə olunması barədə qanunvericiliyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, valideyn qəyyumluq vəzifəsini daşıyır və belə olan halda onu təhsillə bağlı məsələdə məsuliyyətdən azad etmək olmaz: "Burada söhbət cərimələrin məktəb rəhbərliyinə verilməsindən getmir. İnzibati cərimələrin hara ödənildiyi bəllidir. Təhsil ekspertlərinin tənqidedici fikirləri məni çox təəccübləndirdi. Televiziya verilişlərində uşaqların dərsə getməməsinə görə gileylənən onlar deyildimi? Biz də bu addımı atanda onların təkliflərini nəzərə almışıq. İndi bəs noldu?!"
B.Muradova Nardaran hadisələrində videoya çəkilən uşaqların hərəkətlərinə rəvac verənlərin valideynlər, onların dost tanışları və ağsaqqallar olduğunu deyib: "Bu hadisələr bizə çox şey öyrətdi. Ona görə də valideyn məsuliyyətini artırmaq üçün təklif olunan məsələ olduqca normaldır".


Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclisin-sedr-muavini-tehsil-ekspertleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR