Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edildi

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edildi
16:47 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəvətəndaşlığından məhrum edilib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.

Dünən G.Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M.Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi barədə tövsiyə yer alıb. G.Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, M.Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR