Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

Date: 4 December 2015 16:52

Bakı. 4 dekabr. REPORT.AZ/ “Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək. 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, flaşmob dekabrın 4-də “Metro Park” alış-veriş və ticarət mərkəzində olacaq. Tədbirin təşkilatçısı nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir.  
Aksiya zamanı müxtəlif rəqs kollektivləri “Yallı” və “Köçəri” rəqslərini ifa edəcək.
Tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumat əks olunan braşuralar paylanacaq.
Qeyd edək ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.

Tags:  Milli irsə dəstək olaq adlı flaşmob keçiriləcək

RƏYLƏR


Top news