“Bakutel 2015” çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilib

“Bakutel 2015” çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilib
16:53 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
“Bakutel 2015” sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Rabitə Birliyinə (RRB) üzv olan ölkələri üzrə tədqiqat qrupunun 3-cü regional iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Belarus, Özbəkistan, Tacikistan, Rusiya rabitə administrasiyalarının təmsilçilərinin iştirak etdiyi tədbirdə logistik sistemlər üzrə qurğuların müxtəlif ölkələrin mobil şəbəkələrində istifadəsi zamanı rouminq xidmətləri üçün hesablaşmaların müəyyən edilməsi məsələsi müzakirə edilib.
Qeyd olunub ki, ölkələr arasında bununla bağlı ekspert qrupunun yaradılmasına ehtiyac var. Çünki müxtəlif istiqamətlərdə ayrı-ayrı nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi dəfələrlə artır və nəqliyyat vasitələrindəki qurğular bir operatorun şəbəkəsindən digərinə keçdikdə istifadə edilən mobil rabitə xidmətlərinin tarifikasiya sistemlərinə yenidən baxmaq tələb olunur. Bununla yanaşı, tədbir çərçivəsində OTT (Over the Top) xidmətlərinin RRB-yə üzv olan ölkələrdə tətbiqi məsələləri, mobil və stasionar şəbəkələrdə istifadə olunan nömrələrin prefikslərinin, indekslərinin identifikasiyası ilə bağlı danışıqlar aparılıb.
Sonda bu sahədə müvafiq tövsiyələrin hazırlanması qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakutel_2015_cherchivesinde_Beynelxalq_Telekommunikasiya_Ittifaqinin_3_cu_regional_iclasi_kechirilib-908320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR