Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İndi çox şeyi yığışdırıblar" - FOTO

"İndi çox şeyi yığışdırıblar" - FOTO

Date: 4 December 2015 16:57

Əməkdar artist Dilarə Əliyeva həmkarı Tahir İmanovla işbirliyinə başlayıb. 

Axşam.az-a açıqlama verən aktrisa onun yeni lentə aldığı komediya filmində çəkildiyini bildirib:

"Filmin təqdimatı gələn ilin martında olacaq. Çox maraqlı və gülməli filmdir. Mən də burada baş rol ifa etmişəm. Ekran işi haqqında geniş açıqlama verə bilmirəm. Çünki Tahir İmanov özü bu haqda danışmayıb".

Bir vaxtlar "Çal-çağır" maqazin verilişinin aparıcısı olan D.Əliyeva şou-biznesdən də bəhs edib:

"İndi maqazin verilişləri qalmayıb. Neçə il bundan əvvəl biz daha cəsarətli idik. Xəbəri fərqli təqdim edirdik. İndi çox şeyi yığışdırıblar. Bir yana da baxanda görürsən ki, elə olanımız budur. Bununla da barışmalıyıq".

Milli.Az






Tags:  İndi çox şeyi yığışdırıblar FOTO


RƏYLƏR


Top news