Bu gün "Texnikabank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Bankdan APA-ya verilən məlumata görə, iclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yüksəldilib.
Yeni üzvlər Yelmar İskəndərov və Allahverdi Dəmirovdur.
Xatırladaq ki, "Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevdir.
Milli.Az