"Günəşli"dəki quyu təmirdən sonra hər gün 105 ton neft verəcək

"Günəşli"dəki quyu təmirdən sonra hər gün 105 ton neft verəcək
17:08 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündən 228 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 105 ton neft və 35000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2465331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR