"Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

17:13 4 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) "dəyirmi masa" təşkil edib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, "dəyirmi masa"da BDU-nun Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə “Azərbaycan tarixində dinlər: xristianlığaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda AMEA-nın əməkdaşları – tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva mühazirə oxuyublar.

Mühazirəçilər apardıqları tədqiqatlar əsasında Azərbaycanın çoxlaylı mədəniyyətinin təkamül yolunu, onun özünəməxsusluğunu auditoriyanın diqqətinə çatdırıb, Azərbaycan multikul-turalızminin formalaşmasında sosial hadisə olan dinin rolunu göstərərək, erkən orta əsrlərdə ölkəmizdə baş verən sosial-siyasi proseslər haqqında məlumat veriblər. “Azərbaycan tarixində dinlər: xristianlığaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda oxunan mühazirə auditoriyanın böyük marağına səbəb olub, geniş müzakirələr aparılıb. Tarix fakültəsi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər mərhələsinin daşıyıcısı olan Qafqaz Albaniyası dövrünə aid sərgi təşkil edib.

Sərgi çeşidli nümunələri ilə "dəyirmi masa" iştirakçılarında böyük maraq doğurub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR