Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Vicdan haqqı" serialının çəkilişləri başlayıb

"Vicdan haqqı" serialının çəkilişləri başlayıb

Date: 4 December 2015 17:22

Bakı. 4 dekabr. REPORT.AZ/ "Vicdan haqqı" adlı yeni serialın çəkilişləri başlayıb. 
"Report" xəbər verir ki, serialın ilk bölümü 2016-cı ilin fevralında yayımlanacaq. İlk mövsümdə serialın 20-24 bölümü tamaşaçılara təqdim olunacaq.
Rejissor Rövşən İsax deyib ki, serialın 2016-2017-ci mövsümündə yayımlanması nəzərdə tutulub: "Mənim çalışdığım yaradıcı heyət var. "Pərvanələrin rəqsi", "Sonuncu fəsil" seriallarında birlikdə işləmişik. Yeni serialın ilk çəkiliş günü uğurlu keçdi. Serialın xronometrajı 90 dəqiqə olacaq. Ailə-məişət mövzusundan bəhs edən serialın əsas sirrini sizə açıram. Belə ki, serialın ssenarisi real hadisələrə əsasən yazılıb. Hadisələr müxtəlif vaxtlarda Azərbaycanın regionlarında və Bakıda baş verir".
Qeyd edək ki, "Vicdan haqqı" serialının ssenari müəllifi Rövşən İsax və Vüqar Əmirov, bəstəkarı Vasif Arifoğlu, geyim üzrə rəssamı Sevinc Yusifovadır.
Rolları əməkdar artistlər Azad Şükürov, Elxan Abbasov, İlham Hüseynov, Kəmalə Müzəffər, Hicran Nəsirova, aktyorlar Elşad Süleyman, Təzəgül Məmmədova, Murad İsmayıl, Aysel Səlimli və başqaları canlandırıb. 
Xatırladaq ki, Rövşən İsax "Pərvanələrin rəqsi" , "Sonuncu fəsil" seriallarının və "Aktrisa" filminin quruluşçu rejissorudur. 







Tags:  Vicdan haqqı serialının çəkilişləri başlayıb

RƏYLƏR


Top news