Şirkətdən “Report”a verilən xəbərə görə, kampaniya çərçivəsində Müharibə Veteranları “Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq şirkətdən hədiyyə alacaqlar.
Qeyd edək ki, hədiyyə edilən bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətlərini 7 gün ərzində istifadə etmək olar. İstifadəyə verildiyi gündən bu imkandan artıq 28 mindən çox veteran yararlanaraq, “Azercell”dən 5,4 mln. manatdan artıq bonus əldə edib.