Saakaşvilini gürcü vətəndaşlığını itirdi

Saakaşvilini gürcü vətəndaşlığını itirdi
17:26 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Mixail Saakaşvili gürcü vətəndaşlığından məhrum edildi.

ANS PRESS-in məlumatına görə, bu gün Gürcüstanın sabiq prezidenti, indiki Odessa sahəsinin başçısı postunu tutan Mixail Saakaşvili gürcü vətəndaşlığından məhrum olunub. Bu barədə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili fərman imzalayıb.
Fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Sənədin mətnində deyilir ki, Mixail Saakaşvili xarici dövlət vətəndaşlığı pasportu alınması ilə əlaqədar vətəndaşlıqdan məhrum edilib.


Qeorqi Marqvelaşvili - Gürcüstan prezidenti


2015-ci ilin may ayında Mixail Saakaşvili Ukrayna vətəndaşlığı alıb. Bundan dərhal sonra o, Odessa ərazisinin qubernatoru vəzifəsinə təyin olunub. Daha əvvəl - 2014-cü ilin sonunda M. Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif olunsa da, o, bu vəzifədən imtina edib. Hal-hazırda bu vəzifəni Arseniy Yasenyuk icra edir.

Odessa lideri heç vaxt gürcü vətəndaşlığından məhrum olma haqqında düşünməyib. Hətta, o, Ukrayna vətəndaşlığı alanda deyib ki, nə vaxtsa Gürcüstana qayıda bilər: "İnanıram ki, Gürcüstanın hansı Rusiya oliqarxı tərəfindən idarə olunmasından asılı olmayaraq, mən Gürcüstana qayıtsam, xalqım məni böyük sevinclə qarşılayar".



Ötən gün Gürcüstanın prezidenti Georgi Marqvelaşvili yaxın günlərdə Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum etmək haqqında qərar qəbul edəcəyini bildirib.

Gürcüstan qanunlarına əsasən, Gürcüstan vətəndaşı olan şəxs başqa ölkənin vətəndaşlığını alırsa, avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Lakin bunun üçün bir sıra texniki prosedurlar tələb edilir.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O, Gürcüstanı 2013-cü ilin noyabrında - hazırki prezident Georgi Marqvelaşvili vəzifəyə gələndən sonra tərk edib. Hazırda o, Ukraynanın Odessa vilayətinin qubernatorudur.


Ukrayna, Odessa


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR