Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikə qar yağdı,rayon işıqsız qaldı

Lerikə qar yağdı,rayon işıqsız  qaldı

Date: 4 December 2015 17:31

Axşam saatlarından başlayaraq, Lerik rayonuna güclü qar yağıb. Rayon mərkəzində qarın qalınlığı 40, ucqarlarda 50-60 sm-ə çatır.

ANS PRESS-in xəbərinə görə, güclü qar rayonun enerji təsərrüfatını iflic vəziyyətinə salıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb,dirəklər yıxılıb. Bu səbəbdən də rayonun 90%-i enerjisiz qalıb. Rayon FHK-nın sədri Habil Məlikovun fikrincə, ötən əsrin 60-cı illərində qurulmuş elektrik təsərrüfatı hazırkı tələblərə cavab vermir, qar düşən kimi Lerik işıqsız qalır.


Elektrik naqilləri sıradan çıxıb

Hazırda 100-ə yaxın yaşayış məntəqəsi işıqsızdır. Rayon elektrik təsərrüfatının işçiləri və eyni zamanda ərazi icra nümayəndələri, bələdiyyələr ərazidə işləyirlər. Müəyyən ərazilərə enerji verilişi bərpa olunsa da, rayondakı yaşayış məntəqələrinin 50%-i hələ də işıqszdır.





Tags:  Lerikə qar yağdı rayon işıqsız qaldı


RƏYLƏR


Top news