Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Anar Məmmədovun məşhur jurnalı bağlandı

Anar Məmmədovun məşhur jurnalı bağlandı

Date: 4 December 2015 17:46

“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal “National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb.

Axşam.az-ın AzNews.az-a istinadən xəbməlumatına görə, jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək.

Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.

Məsələ ilə bağlı “Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxladıq. Lakin o, məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib.

Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.

Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.


Tags:  Anar Məmmədovun məşhur jurnalı bağlandı

RƏYLƏR


Top news