Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan və İranın orta məktəb dərsliklərində hər iki ölkə ilə bağlı olan qeyri-dəqiq məlumatlar aradan qaldırıla bilər.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, İranın təhsil naziri Əli Əsğər Fani Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşü zamanı iki ölkənin dərsliklərlə bağlı birgə işçi qrupu yaratması təklifi irəli sürülüb.
İşçi qrupunun yaradılmasında məqsəd iki ölkənin ümumtəhsil məktəblərində tədris olunan dərsliklərdəki ziddiyyətlərin və ya qeyri-dəqiq məlumatların aradan qaldırılması məqsədilə dərsliklərin istinad etdiyi elmi mənbələrin araşdırılmasıdır.
Nazirlikdən bildirilib ki, işçi qrupunun yaradılması istiqamətində müzakirələr davam etdiriləcək.
Bizi Twitter-dən izləyin: @trend_az