Bakıda orta tibb işçilərinin təhsilinə dair müzakirələr aparılıb

Bakıda orta tibb işçilərinin təhsilinə dair müzakirələr aparılıb
17:48 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübələrinin gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası institutun rektoru, professor Nazim Qasımov açaraq mamaların təhsilinin vacibliyini qeyd edib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva da orta tibb işçilərinin hazırlığı, bilik və bacarıqlarının artırılmasının çox mühüm vəzifə olduğunu bildirib. O, “dəyirmi masa”nın məhz bu problemə həsr olunduğunu, orta tibb işçiləri və mamaların təhsili sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinin vacibliyini vurğulayıb.
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunun nümayəndəsi Qalina Perfiliyeva orta tibb işçilərinin təhsili və təcrübələrinin gücləndirilməsinə dair təqdimatla çıxış edib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə “Azərbaycanda orta tibb işçiləri və mamaların insan resurslarının cari vəziyyətinin təhlili” haqqında “dəyirmi masa” iştirakçılarına məlumat verib.
Avropada orta tibb işçilərinin təhsilinə qoyulan tələblərə dair məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Müzakirələrdə təhsil müəssisələrinin, klinikaların və aidiyyəti qurumların nümayəndələri fəal iştirak ediblər. Qeyd olunub ki, orta tibb işçilərinin, mamaların təhsili və hazırlığı çox vacibdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_orta_tibb_ischilerinin_tehsiline_dair_muzakireler_aparilib-908359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR