“Azercell” müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb

“Azercell” müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb
17:48 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin bu ilin aprel ayında müharibə veteranları statusuna malik olan şəxslər üçün təqdim etdiyi kampaniyanın müddəti 2016-cı il noyabrın 30-dək uzadılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində müharibə veteranları statusuna malik olan “Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartının məbləğinin 100 faizini bonus olaraq hədiyyə alacaqlar. Hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.
Qeyd edək ki, “Azercell Telekom” 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 mindən artıq veteran yararlanaraq 5 milyon 400 min manatdan artıq həcmdə bonus əldə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_muharibe_veteranlari_uchun_kampaniyanin_muddetini_uzadib-908356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR