Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub

Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub

Date: 4 December 2015 17:53


Bakı, 4 dekabr, AZƏRTAC
Futzal üzrə yığma komandaların yeni beynəlxalq reytinq siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Hesabında 1369 reytinq xalı olan millimiz 13-cü pillədə yer alıb.
Millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri İtaliya millisi 4-cü, Çexiya yığması isə 10-cu yerdə qərarlaşıb.
Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimiz Xorvatiya millisi 16-cı, Belarus futzalçıları 21-ci, İsveç yığması isə 59-cu pillədə yer alıb.
Reytinq cədvəlinə 1922 xalla İspaniya millisi liderlik edir. Braziliya 1909 xalla ikinci, Rusiya millisi isə 1746 xalla üçüncü pillənin sahibidir.

Tags:  Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub


RƏYLƏR


Top news