Bakıda dünya səviyyəli sənət ocaqlarının ən yeni və ən uğurlu tamaşaları nümayiş olunacaq

Bakıda dünya səviyyəli sənət ocaqlarının ən yeni və ən uğurlu tamaşaları nümayiş olunacaq
17:53 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 8-dən etibarən teatrsevərlər Britaniya Milli Teatrı, Şekspirin “Qlobus” teatrı və başqa dünya səviyyəli sənət ocaqlarının ən yeni və ən uğurlu tamaşalarını izləyə biləcəklər.
“British Council Azərbaycan” təşkilatı, Mədəniyyət və Turizm Nazirliyi, Böyük Britanıyanın Bakıdakı səfirliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq tamaşalar “British Council Azərbaycan” təşkilatının “TheatreHD” layihəsi çərçivəsində reallaşacaq.
“British Council Azərbaycan” təşkilatından AZƏRTAC-a bildirilib ki, təqdim olunacaq tamaşalarda əsas rolları görkəmli dünya ulduzları - Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer, Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, layihə çərçivəsində Nizami Kino Mərkəzində ilk dəfə görkəmli kino aktyoru Benedikt Kamberbeçin iştirakı ilə U.Şeksprin “Hamlet” əsəri səhnəyə qoyulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_dunya_seviyyeli_senet_ocaqlarinin_en_yeni_ve_en_ugurlu_tamasalari_numayis_olunacaq-908364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR