“Ronaldo “üçlük”də olmağa layiq deyil” - Alveş

“Ronaldo “üçlük”də olmağa layiq deyil” - Alveş
17:54 4 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

“Messi digərlərindən fərqlənir. Neymar isə ikinci olmalıdı”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın braziliyalı müdafiəçisi Dani Alveş deyib.

 

“Qızıl top”a namizədlər haqda danışan təcrübəli futbolçu ilk “üçlük”də Kriştianu Ronaldonun qərarlaşmasından narazıdı.

 

Onun fikrincə, Ronaldo bu il mükafata əsas namizədlərin sırasına düşməməli idi: “Ronaldo “üçlük”də olmağa layiq deyil. Ötən il haqlı olaraq, “Qızıl top” mükafatını qazandı. Ancaq ilin ən yaxşı futbolçusu seçilən şəxs təkcə qol vurmalı yox, həm də oyuna təsir etməlidi. Yalnız qol vurmaqla iş bitmir. Çünki futbol kollektiv idman növüdü”.

 

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibinin adı yanvarın 11-də açıqlanacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR