Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qar yağdı, işıqlar kəsildi, ağaclar qırıldı - Qəbələdə

Qar yağdı, işıqlar kəsildi, ağaclar qırıldı - Qəbələdə

Date: 4 December 2015 17:57

Qəbələdə yağan qar ziyansız ötüşməyib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, şəhər ərazisində, eləcə də rayonun dağətəyi kəndlərində bəzi ağaclar qarın ağırlığına tab gətirməyərək sınıb. Nəticədə rayonun bir neçə məhəlləsində elektrik xətlərinə ziyan dəyib.

Səhər saatlarından kommunal təsərrüfat idarəsinin işçiləri dəyən fəsadların aradan qaldırılması istiqamatində tədbirlərə başlayıb. Qırılmış ağaclar yığışdırılıb, yollar qardan təmizlənib, avtomobillərin hərəkətinə olan maneələr aradan qaldırılıb. 

Milli.Az


Tags:  Qar yağdı işıqlar kəsildi ağaclar qırıldı Qəbələdə

RƏYLƏR


Top news