​KİV: Əsəd rejimindən icazəsiz Suriyanın hava məkanına daxil olan təyyarələr vurulacaq

17:57 4 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Küveytin "Er-Rai" media qurumu məlumat yayıb.
Məlumata görə, Moskva, Tehran və Bəşşar Əsəd rejimi Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsinə qarşılıq verməyə hazırlaşır.
Mütəxəssislər "Dəməşqin icazəsi olmadan Suriyanın hava sərhədini keçən təyyarənin vurulması" planının İŞİD-ə qarşı mübarizə aparan koalisya qüvvələrinin hava əməliyyatına da mane olacağını ehtimal edir.
Xəbərdə bildirlib ki, İran İnqilab Keşikçiləri Qvardiyasının 4 min hərbçisi Suriyaya göndərilib. Suriyanın Rakka bölgəsində keçiriləcək hava əməliyyatına iranlı qvardiyaçılar qurudan dəstək verəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ki-v-esed-rejiminden-icazesiz-suriyanin-hava-sahesine-daxil-olan-teyyareler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR