Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun əsəri "Sotheby’s hərracında satılıb.
ANS PRESS-in məlumatına görə, xalq rəssamın qızına həsr etdiyi “Aydan” adlı əsəri Londonda Sotheby’s hərracında 269 min funt sterlinqə ( 427.198 AZN) satılıb. Portretdə rəssam balaca qız uşağı atın belində olduğu təsvir olunub. Əvvəl əsər yarım milyon dollara qiymətləndirilmişdi.
“Aydan” əsəri
Tahir Salahovun qızı Aydan Salahova da tanınmış rəssamdır. Onun əsərlərinə həm xüsusi, həm də dövlət tədbirlərində, o cümlədən, Rusiya Dövlət Tretyakov Qalereyası, Moskva Müasir İncəsənət Muzeyi və digər məkanlarda rast gəlinir. “Mənə rəssam olmaq qalereya müəllifi olmaqdan daha münasibdir" deyən Salahova həmçinin onu da bildirib ki, artıq 2000-ci ildən Moskva Dövlət Rəssamlıq İnstitutunda müəllimliklə də məşğuldur.
Aydan Salahova
Bir müddət öncə ispan rəssamı Pablo Pikassonun fırça yatağı ilə çəkilmiş “Müğənni Kabare” (La Gommeuse) Sotheby's hərracında 67,5 milyon dollara alıcı tapıb.
“Müğənni Kabare” rəsmi