Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Benitezi rahat buraxmaq lazımdır"

"Benitezi rahat buraxmaq lazımdır"

Date: 4 December 2015 18:12

"Real"ın prezidenti Florentino Perez Zidanın əsas komandanı çalışdırması barədə fikirə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Perez hazırkı baş məşqçi Benitezdən razı olduğunu bildirib.

"Zidanı həm futbolçu, həm də məşqçi kimi sevirəm. O, özünü top-məşqçi olmağa hazırlayır. Ona uğur arzu edirəm. Zidan bu yolda davam edib əla məşqçi ola bilər. İndi Rafa Benitez komandanı çalışdırır. İşindən razıyam. Onu rahat buraxmaq lazımdır ki, işiylə məşğul olsun. Bizim tək pis oyunumuz "Barselona"ya qarşı olub. Hazırda lazımi məcraya düşürük".

Milli.Az


Tags:  Benitezi rahat buraxmaq lazımdır

RƏYLƏR


Top news