Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

FHN dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yaydı

FHN dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yaydı

Date: 4 December 2015 18:14

 

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub. Hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub. Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və “Vixr-5” yanğınsöndürən gəmisi cəlb edilib. Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir.

 

Əlavə məlumat veriləcək. 


Tags:  FHN dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yaydı

RƏYLƏR


Top news