Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Kapital Bank "Ən yaxşı bank" adına layiq görülüb

Kapital Bank "Ən yaxşı bank" adına layiq görülüb

Philippines' Duterte says anti-money laundering body to show his bank accounts (18 February 2017 12:46)
Azerbaijan`s Minister of Economy meets World Bank Vice President (10 February 2017 22:46)
World Bank, BOTAS sign loan agreement on TANAP (08 February 2017 19:46)

Date: 4 December 2015 18:23

Bakı. Trend:

Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən olan “Business New Europe” Kapital Bankı yüksək maliyyə göstəricilərinə görə Azərbaycanın “ən yaxşı bankı” adına layiq görüb.

2006-cı ildən nəşr edilən “Business New Europe” jurnalı postsovet məkanı, Mərkəzi Avropa, Balkan yarımadası və Mərkəzi Asiyada yerləşən 30-dan artıq ölkədə biznes, iqtisadi maliyyə və siyasət sahələrini əhatə edir. Jurnal ayda bir dəfə ingilis dilində 20 min tirajla nəşr edilir.

Bankın Marketinq kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva qeyd edib: “Business New Europe” kimi nüfuzlu media şirkəti tərəfindən mükafata layiq görülmək bizim üçün çox sevindiricidir. Bu təltif bir daha Kapital Bankın güclü və dayanıqlı maliyyə durumunu sübut edir və müştərilərimizin bizə olan inamını daha da artırır”.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Kapital Bank Ən bank adına layiq görülüb


RƏYLƏR


Top news