"Nar" sərgi stendi "BakuTel-2015"-in ən cəlbedici stendi seçildi

"Nar" sərgi stendi "BakuTel-2015"-in ən cəlbedici stendi seçildi
18:23 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2-5 dekabr 2015-ci il tarixlərində keçirilən beynəlxalq "BakuTel" sərgisində “Nar” mobil operatoru özünün “Nar Bağı” konseptində hazırladığı sərgi stendini təqdim edib.

Hər zaman müştəri yönümlü siyasətini özünün başlıca məqsədlərinin biri hesab edən "Nar" stendinin formatı, təqdim edilən innovativ texnologiyalar və müxtəlif əyləncəli oyunları sayəsində sərgi ziyarətçilərin böyük marağına səbəb olub.

Müştərilərin müxtəlif tələblərinə uyğun olaraq “Nar” stendi 5 şərti zona ayrılıb. Bu zonalarda sərgi ziyarətçiləri üçün Bulud xidmətləri, 4G (LTE) yüksəksürətli məlumat ötürülmə xidmətləri və cihazları, müxtəlif əyləncəli oyunlar və nar bağına virtual səyəhət imkanını yaradan "Augmented Reality" texnologiyası təqdim olunub.

Nar hər kəsi "BakuTel-2015" sərgisində yerləşən stendini ziyarət etməyə dəvət edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2465382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR