Turşu məhsulları alarkən diqqətli olun!

Turşu məhsulları alarkən diqqətli olun!
18:27 4 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Qış mövsümünün gəlməsi ilə bazarların piştaxtalarında turşu məhsullarını görmək mümkündür. Məhz bu mövsümdə şorabalardan zəhərlənmə faktlarına tez-tez rast gəlinir. Satıcılar bildirirlər ki, alıcıya təklif etdikləri məhsullar gigiyenik qaydalara əməl edilərək hazırlanır.

RTV (Region TV) xəbər verir ki, insanların da turşu alarkən diqqətli olması gərəkən bir neçə amil var. Şorabaları bir neçə xüsusiyyətinə görə köhnə və yeni olmasını ayırd etmək olar. Məsələn, vaxtı keçən turşuların dadı və rəngi dəyişir, suyunda bulanıqlılıq müşahidə edilir. Mütəxəssislər açıq şəraitdə və plastik qablarda satılan şorabalardan uzaq durmağı məsləhət görür.

Bu il Xaçmazda şoraba məhsullarından zəhərlənmə faktı qeydə alınmayıb. Lakin ötən il qış mövsümündə bir neçə nəfər zəhərlənib ki, onlardan da 3-ü vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalara göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR