Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vışeqrad dördlüyünün sammiti Şengen zonasının kiçildilməsi əleyhinə çıxıb

Vışeqrad dördlüyünün sammiti Şengen zonasının kiçildilməsi əleyhinə çıxıb

Date: 4 December 2015 18:28


Budapeşt, 4 dekabr, AZƏRTAC
Vışeqrad dördlüyü (V4) ölkələri mini-Şengen yaradılmasına dair layihələri rədd edirlər. Bu barədə Twitterdəki mikrobloqunda Çex Respublikasının Baş naziri Boquslav Sobotka yazıb. O yazıb ki, Çexiya, Slovakiya, Macarıstan və Polşanın baş nazirləri Şengen sərhədinin mühafizəsi məsələsində yekdil olublar. Son vaxtlar qeyri-rəsmi diplomatik görüşlərdə, xüsusən, Şengen məkanının miqrasiya böhranı ilə əlaqədar kiçildilməsinə dair bir neçə qeyri-rəsmi layihə müzakirə olunur. Həmin layihələr Mərkəzi Avropa ölkələrini nəzəri cəhətdən bu zonadan xaric edilməsini nəzərdə tutur.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Tags:  Vışeqrad dördlüyünün sammiti Şengen zonasının kiçildilməsi əleyhinə çıxıb


RƏYLƏR


Top news