Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Soyuq əllər, isti ürək: Mələklər” Yeni il xeyriyyə yarmarkasına dəvət edir

“Soyuq əllər, isti ürək: Mələklər” Yeni il xeyriyyə yarmarkasına dəvət edir

Date: 4 December 2015 18:33


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də “Soyuq əllər, isti ürək: Mələklər” Yeni il xeyriyyə yarmarkasında 12 saylı internat evinin uşaqları üçün əyləncəli tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, uşaqları animator kuklalar qarşıladılar. Kiçik qonaqlar üçün şou-men Kamran Razmovarın, sehrbaz Rasimin, skripkaçı Fərəh Xəlilovanın iştirakı ilə maraqlı şou-proqram keçirilib. Uşaqlar rəqs etdilər və karuseldə əyləndilər. Ardınca uşaqlara “Nargis Fund” tərəfindən nahar verildi.
Nahardan sonra uşaqları feys-art ilə bəzədilər. Tədbirin sonunda uşaqlara “Olive Media”, “Nargis Fund”, “Sladena”, “Kreki” brendləri və “The Entertainer” mağazası tərəfindən hədiyyələr təqdim olundu.
Ənənəyə uyğun olaraq, “Nargis Fund”-un təşkilatçılığı və “Amapola Exclusive Events”-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.


Tags:  Soyuq əllər isti ürək Mələklər Yeni il xeyriyyə yarmarkasına dəvət edir


RƏYLƏR


Top news