"Azərbaycanla oyun heç bir əhəmiyyət kəsb etmirdi"

"Azərbaycanla oyun heç bir əhəmiyyət kəsb etmirdi"
18:37 4 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

İvaylo Petev barədə müsbət fikirdəyik. Onun yığmadakı fəaliyyətini davam etdirməsini istəyirik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vaslav Stefanov deyib.

Avro-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparmış bolqarlar zəif çıxışla diqqət çəkdilər. Qrupu 4-cü pillədə başa çatdıran Balkan təmsilçisi Avropa çempionatının final mərhələsindən kənarda qaldı.

Bolqarıstan yığmasının son seçmə mərhələdəki çıxışı haqda ölkəsinin mətbuatına danışan Stefanov millimizlə görüşü yada salıb.

O bildirib ki, Azərbaycanla oyunda olduğu kimi, növbəti seçmə mərhələnin görüşlərində də daha çox gənclərə şans verilməlidi: "Petevin Azərbaycanla matçda gənclərə şans verəcəyini gözləyirdik. Çünki həmin oyun heç bir əhəmiyyət kəsb etmirdi. Azərbaycanla görüşdən razı qalmışdıq. Növbəti seçmə mərhələdə necə çıxış edəcəyimiz cavan oyunçulardan asılı olacaq. Görünən odu ki, bəzi futbolçular yığmada oynamağa layiq deyillər və onlar gənclərlə əvəzlənməlidilər. Klublarımızdan da çox şey asılıdı. Çempionatda bolqar oyunçulara az şans verilsə, növbəti seçmə mərhələni 5-ci pillədə başa çatdıracağıq".

Qeyd edək ki, Bolqarıstan millimizə Bakıda 2:1, Sofiyada isə 2:0 hesabı ilə qalib gəlmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR