Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

​Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

Nəcməddin Sadıkov MDB-nin Qərargah Rəisləri ilə bir arada – (15 Mart 2017 20:21)
Qərargah rəisləri bir araya gəldi (15 Mart 2017 18:19)
Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək (10 Mart 2017 11:07)

Tarix: 4 Dekabr 2015 18:42

Bakı. 4 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 4-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib.
Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq “Azərbaycan Respublikasında akkreditə olunmuş Hərbi Attaşelik Aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları” və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.
Hərbi Attaşelər Assosiasiyası adından Polşa Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Teqlər:  Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri toplantı keçirilib



RƏYLƏR


Top xəbərlər