Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkası davam edir

Date: 4 December 2015 18:48

Bakı. Trend:

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə «Soyuq Əllər, İsti Ürək: Mələklər» adlı xeyriyyə yarmarkası davam edir.

Dekabr ayının 5-i saat 11.00-dan 13.00-dək yarmarka “Şelter” uşaq evinin kiçik sakinlərinə həsr olunacaq. Onlar üçün DJ AX-ın, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın iştirakı ilə maraqlı şou – proqram, brek-dans üzrə master-klass, Viniamin şou təşkil olunacaq. Karuseldə əyləndikdən sonra uşaqları “Nargis Fund” tərəfindən nahar gözləyir. Nahardan sonra və ya əyləncə zamanı uşaqlar Aynur xanıma feys-art üçün müraciət edə bilərlər.

Trend, Day.az və Milli.az informasiya dəstəyi qismində çıxış edir.

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek
Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Soyuq Əllər İsti Ürək Mələklər Yeni il xeyriyyə yarmarkası davam edir

RƏYLƏR


Top news