ADİU–da “Business lady club” yaradılıb

ADİU–da “Business lady club” yaradılıb
18:53 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Business lady club” yaradılıb.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin İnnovativ Biznes İnkubatorunda fəaliyyətə başlayan club universitetin xanım tələbələrinə xidmət edəcək.
“Business lady club”da biznesdə uğur qazanmış qadınlar tələbələrə iş həyatında qarşıya çıxacaq problemlərin həllində dəstək olacaq, məsləhətlər verəcəklər.
Həmçinin xanım tələbələrə təlimlər, işgüzar görüşlər keçiriləcək, maarifləndirmə tədbirləri, diskusiya-debatlar, seminar və konfranslar təşkil olunacaq.
Klub qadınların rəhbərlik etdiyi şirkətlərə ekskursiyalar da təşkil edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_da_Business_lady_club_yaradilib-908393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR