Gürcüstan, Tbilisi, 30 dekabr /Trend, müxbir N.Kirtsxalia/
Dekabrın 30-da saat 13:00-da İliya Tbilisi universitetinin bazasında mühəndis istiqaməti üzrə sənaye innovasiyalar laboratoriyası açılacaq. Bu barədə Trend məlumat verir.
Tədbirdə Gürcüstan İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edəcəklər.
Belə laboratoriya İnnovasiya və texnologiyalar agentliyinin qrant müsabiqəsində seçilib. Üç il ərzində agentlik laboratoriyanı müasir texnologiyalarla təmin edəcək və maliyyələşdirəcək. Laboratoriyada yüksək texnologiyalı ideyalar inkişaf edəcək və sonradan onların kommersiyalaşdırılması keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az