Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Masallı və Cəlilabadda dərs deyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Masallı və Cəlilabadda dərs deyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

1000-dən çox müəllimin təhsil sənədi saxta çıxdı (16 Mart 2017 12:23)
Azərbaycanda 1000-dən çox müəllimin diplomu saxta çıxdı (16 Mart 2017 12:05)
1000-dən çox müəllimin təhsil sənədinin saxta olduğu aşkarlanıb - AZƏRBAYCANDA (16 Mart 2017 11:59)

Tarix: 4 Dekabr 2015 18:58


Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 4-də Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2 min 500-dək, Cəlilabad rayonu üzrə isə təxminən 2 min 600 müəllimin iştirakı nəzərdə tutulur.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir və 6 bal toplaya bilməyən müəllimlər imtahandan kəsilmiş sayılırlar.
İmtahanların gedişini Təhsil Nazirliyinin əməkdaşları və xüsusi hazırlanmış müşahidəçilər izləyirlər.


Teqlər:  Masallı Cəlilabadda dərs deyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb



RƏYLƏR


Top xəbərlər