Bu gün Qubada 17:30 radələrində Heydər Əliyev prospektində, 50 yaşlı Əlibala Nəcəfəlioğlu Nəcəfova məxsus avtomobil təmiri sexində yanğın başlayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 11 nəfərlik şəxsi heyyəti gəlib.
Nəticədə ümumi sahəsi 80 kvm olan sexin eyni ölçüdə dam örtüyü də yanıb. Yanğının baş vermə səbəbləri araşdırırlır.